Bu gün Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə 7 iyun tarixində “Azəriqaz” İstehsalat Birliyi məlumat verib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli Magistral Qaz Kəmərində xətti sipərdə baş vermiş nasazlıqla əlaqədar iyunun 7-də saat 14:30-dan etibarən işlər başa çatanadək “Kəndoba” və “Sığırlı” QPS-lərdən qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.