Ağsu rayonunda 42 yaşlı kişi intihar edib. Bu barədə 30 avqust tarixində APA məlumat verib.
Məlumata əsasən, hadisə rayonun Xanbulaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1981-ci il təvəllüdlü Aliyarov Elxan Cəlal oğlu ülgüclə özünə qəsd edərək boğaz və qol nahiyəsini doğrayıb. Nəticədə o, qanaxmadan dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.