TÖVSİYƏ XƏBƏRLƏR

Ağsuda dağlıq ərazidəki yanğın söndürülüb

Ağsu rayonunun Keçdiməz kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.  Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən bu gün, 4 sentyabr tarixində məlumat verir.

Yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsas etibarilə əl əməyindən istifadə edilərək həyata keçirilib. Yanğın zamanı ərazidə, əsasən, quru ot və kol-kos yanıb.

Əraziyə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinə yerli sakinlər də kömək ediblər.

Yanğın tam söndürülüb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx