Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 10 noyabr tarixində xəbər verir.
İlkin məlumata əsasən, “VAZ 2107” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində 7 nəfərin xəsarət aldığı bildirilir.
Bunlar Ağsu sakinləri, “VAZ 2107”nin 32 yaşlı sürücüsü Malik Abdıyev və hər iki maşının sərnişinləri – 33 yaşlı Afaq Osmanlı, 63 yaşlı Nəzakət Qurbanova, 65 yaşlı Kamil Abbasov, sürücünün 7 yaşlı qızı Səma Abdıyeva, 57 yaşlı Gülüş Abbasova və 31 yaşlı Afət Abdıyevadır.
Faktla bağlı araşdırma aparılır.