TÖVSİYƏ XƏBƏRLƏR

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu 22 min manata çatdırılıb

Naxçıvanda kişi şahmatçılar arasında keçiriləcək Azərbaycan çempionatının ümumi mükafat fondu 22 000 manata çatdırılıb. Bu barədə Report 20 yanvarda Azərbaycan Şahmat Federasiyasına istinadən məlumat verib.

Çempionatın Naxçıvanda keçirilməsində əsas məqsəd şahmatda daha böyük kütləviliyə nail olmaq və Muxtar Respublikada şahmata olan marağı artırmaqdır. 2 mərhələdə keçirilən Azərbaycan çempionatında 40 şahmatçı iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan çempionatı fevralın 5-dən 19-dək davam edəcək.