Avropa İttifaqı (Aİ) Şimali Koreyaya xəbərdarlıq edib. Bunu Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano bildirib.
Bu barədə 14 sentyabr tarixində Report məlumat verib.
Onun sözlərinə görə, rəsmi Pxenya Moskvaya hərbi yardım göstərərsə, Aİ Şimali Koreyaya sanksiya tətbiq edəcək: “Biz buna hazırıq”.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In dünən Rusiyada səfərdə olub və Prezident Vladimir Putinlə görüşüb.