TÖVSİYƏ XƏBƏRLƏR

“Airbus” hərbi bölməsi 750 əməkdaşını ixtisar edəcək

Silah və hərbi texnika istehsalı üzrə ixtisaslaşan “Airbus Defence and Space” bəzi müdafiə proqramlarının icrası ilə bağlı problemlər fonunda 2024-cü ildə 750 əməkdaşını ixtisar etməyi planlaşdırır. Bu barədə 11 noyabr tarixində Report “Agence France-Presse” korporasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Söhbət təxminən 2% ştat ixtisarından gedir. Korporasiyanın istehsal sahələri və dizayn mərkəzləri Fransa, Almaniya və İspaniyada yerləşir.

Agentlik qeyd edib ki, “Airbus” son vaxtlar bir sıra müdafiə və kosmik proqramların həyata keçirilməsində problemlər yaşayır, lakin hansı layihələrdən söhbət getdiyi açıqlamır.