Aksiz markası olmayan 192 100 ədəd siqaret aşkar edilib

Azərbaycan vətəndaşına məxsus aksiz markası olmayan 192 100 ədəd siqaret aşkar edilərək götürülüb. Bu barədə Dövlət Gömrük Komitəsi 19 avqust tarixində məlumat verib.

Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən mənzildə keçirilən axtarış zamanı satış məqsədilə saxlanılan aksiz markasız 128 300 ədəd siqaret aşkar olunub.

Adı çəkilən şəxsin Binəqədi rayonunda yerləşən digər mənzilindən 63 800 ədəd aksiz markası olmayan siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl, 13 avqust tarixində gömrükçülər Gürcüstandan gələn Azərbaycan vətəndanşının idarə etdiyi avtomobildən 10 200 ədəd “Marlboro Touch” markalı siqaret aşkarlayıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Aksiz markası olmayan 192 100 ədəd siqaret aşkar edilib”

Tövsiyə xəbərlər