TÖVSİYƏ XƏBƏRLƏR

Əlcəzair telekanalında Azərbaycan mədəniyyəti təbliğ edilir

Əlcəzairin “Jeel dz TV” telekanalında “Odlar diyarı və nadir gözəlliklər. Azərbaycan mədəniyyətinin adət və ənənələri ilə tanış olaq” adlı veriliş yayımlanıb.  Bu barədə İnsanoid bu gün, 9 fevral tarixində xəbər verir.

Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Əlcəzairdəki əlaqələndiricisi Xumar Nəbiyevanın evində çəkilən verilişdə Azərbaycanın zəngin mədəniyyəti və adət-ənənələrindən bəhs edilib.

Xumar xanım ölkəmizin təbii sərvətləri, füsunkar təbiəti, mədəniyyət və təbiət qoruqları, Qarabağ atları, xalçalar, milli geyimlər, rəqslər, bayramlar, festivallar və milli mətbəx nümunələri barədə ətraflı məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini nəzərə çatdırıb.

Proqramı aşağıdakı linkdən izləmək mümkündür:

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx