İşğaldan azad olunan abidələrin 15-i pasportlaşdırılıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən 15 tarix-mədəniyyət abidəsinin pasportu təsdiq edilib. Bu barədə sentyabrın 20-də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Şuşada yerləşən pasportlaşdırılmış abidələr Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidləri, Xan qızı Natəvanın evi, Mehmandarovların malikanə kompleksi, Hacıqulların malikanəsi, Əsəd bəyin mülkü, Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası, Şirin su hamamıdır. Həmçinin Ağdamda Qutlu Musa oğlu türbəsi, Cümə məscidi, Kəlbəcərdə Gəncəsər və Xudavəng monastırları, Laçında Malik Əjdər türbəsi və Xocavənddə yerləşən Amaras monastırı pasportlaşdırılıb.

Ümumilikdə cari ildə 110, son illərdə isə 368 abidənin pasportu hazırlanıb.

Azərbaycan Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarına əsasən, 6 308 tarix və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “İşğaldan azad olunan abidələrin 15-i pasportlaşdırılıb”

Tövsiyə xəbərlər