İşğaldan azad olunan ərazilər Azərbaycan iqtisadiyyatının 8%-ni formalaşdıracaq

İşğaldan azad olunan ərazilərimiz Azərbaycan iqtisadiyyatının 8%-ni formalaşdıracağı gözlənilir. Bu əlavə 5 milyard manatdan artıq yeni dəyərin yaradılması deməkdir. Bu barədə 30 sentyabr tarixində iqtisadçı-ekspert Vüqar Bayramov Facebook səhifəsində paylaşım edib.

“Sözügedən hava limanının istifadəyə verilməsi Qarabağın və digər bölgələrimizin dünya ilə əlaqələrinin daha genişləndirilməsinə imkan verəcək. Bu, Qarabağın iqtisadi reinteqrasiyası üçün vacibdir”, – deyə ekspert bildirib.

Vüqar Bayramovun sözlərinə görə, Füzuli Beynəlxalq Hava Limanı dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından hesab edilir.

5 sentyabr tarixində Bakıdan Füzuli Beynəlxalq Hava Limanına sərnişin təyyarəsi ilə sınaq uçuşu həyata keçirilmişdir.

Hava limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı planlaşdırılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “İşğaldan azad olunan ərazilər Azərbaycan iqtisadiyyatının 8%-ni formalaşdıracaq”

Tövsiyə xəbərlər