İşğaldan azad edilmiş ərazilərdə keçən həftə ərzində 112 mina aşkarlanıb. Bu barədə avqustun 23-də ANAMA məlumat yayıb.
Avqustun 16-dan 21-dək Zəngilan, Cəbrayıl, Qubadlı, Füzuli, Ağdam, Şuşa və Tərtər rayonlarının ərazilərindən piyada əleyhinə 110, tank əleyhinə 2 mina və 54 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 147 hektar ərazi təmizlənib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.