İşğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerjidən istifadə olunacaq

Elektrik enerjisi istehsalında daha səmərəli texnologiyaların tətbiqi, bərpa olunan enerjidən istifadənin genişləndirilməsi və enerji səmərəliliyinə nail olunması üzrə işlər barədə görüş keçirilib. “Enerji, iqlim və davamlı inkişaf” mövzusunda keçirilən tədbirdə energetika naziri Pərviz Şahbazov çıxış edib.

Nazir 2030-cu ilə qədər ölkəmizin “Təmiz ətraf mühit”ə nail olmağın və “Yaşıl inkişaf” ölkəsinə çevrilməyin əhəmiyyətli olduğunu vurğulayıb. “Əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərimizin elektrik enerjisinə olan tələbatını bərpa olunan enerji mənbələri hesabına ödəməkdir”, – deyə Pərviz Şahbazov bildirib.

Günəş və külək enerjisinin potensialından səmərəli istifadəni təmin etmək üçün 2030-cu ilədək elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması planlaşdırılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “İşğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerjidən istifadə olunacaq”

Tövsiyə xəbərlər