TÖVSİYƏ XƏBƏRLƏR

Ali Məhkəmə Afət Fərmanqızının kassasiya şikayətini rədd edib

Müğənni Afət Fərmanqızı barəsində axtarış elan edilməsi ilə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb. Bu barədə oktyabrın 27-də APA xəbər yayıb.

Qərara əsasən, şikayət əsassız hesab olunaraq rədd edilib. Afət Fərmanqızı barəsində axtarış qərarı qüvvədə qalıb.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

Müğənni Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunub.

Afət Fərmanqızı Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx