Əlilliyi olanlar və ahıl şəxslər üçün mobil xidmət mərkəzləri yaradılacaq. Bu barədə İnsanoid bu gün, 2 sentyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Bu “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planında əks olunub.
Plana əsasən, 4 şəhər və rayonda mobil xidmət mərkəzləri vasitəsilə azı 200 nəfər əlilliyi müəyyən edilmiş və 150 ahıl şəxsə mobil xidmətlərin göstərilməsi imkanının yaradılması nəzərdə tutulub.
Həmçinin 6 şəhər və rayonda ahıl şəxslərin ictimai faydalı fəaliyyətə cəlb edilməsi, onların bilik və bacarıqlarından məqsədyönlü istifadə edilməsi və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı layihələr də həyata keçiriləcək.