TÖVSİYƏ XƏBƏRLƏR

Alimpaşa Məmmədovun məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Bu barədə 10 noyabr tarixində Report məlumat verib.

Məhkəmədə elan olunub ki, A.Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Məhkəmənin növbəti iclası noyabrın 24-nə təyin olunub.

Qeyd olunub ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Onun barəsində “mənimsəmə”, “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “təkrar, külli miqdarda rüşvət alma” maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx