Azərbaycanın FIFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına təyinat alıb. Bu barədə Report 5 iyun tarixində xəbər verib.
36 yaşlı hakim Gürcüstanda keçiriləcək A və C qrupunun matçlarını idarə edəcək.
A qrupunda Gürcüstanla yanaşı, Portuqaliya, Niderland və Belçika, C qrupunda isə İngiltərə, Almaniya, Çexiya və İsrail yığmaları mübarizə aparacaqlar.
Avropa çempionatı 21 iyun – 8 iyulda Gürcüstan və Rumıniyada təşkil olunacaq.