Almaniya 353 azərbaycanlının sığınacaq müraciətini rədd edib

Cari ilin son 8 ayı ərzində Almaniya 353 Azərbaycan vətəndaşının sığınacaq müraciətini rədd edib. Yalnız bir vətəndaş sığınacaq hüququ olan şəxs kimi tanınıb. Bu barədə sentyabrın 17-də Report məlumat verib.

Məlumata əsasən, Azərbaycan vətəndaşlarının bu müddət ərzində daxil olan müraciətlərinin sayı 636-dır. Onlardan 24 nəfərə qaçqın, 13 nəfərə isə köməkçi qoruma statusu verilib, 6 nəfərin ölkədən deportasiyası qadağan olunub.

239 Azərbaycan vətəndaşının müraciətinə “işin digər qaydada aparılması” qərarı verilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Almaniya 353 azərbaycanlının sığınacaq müraciətini rədd edib”

Tövsiyə xəbərlər