Almaniya Azərbaycan vətəndaşlarının deportasiyasına 1 milyon 800 min avro xərcləyib

Avropa bürosunun Almaniya Federal Daxili İşlər Nazirliyindən əldə edilən məlumata görə, 2021-ci ilin əvvəlindən indiyə kimi Azərbaycan vətəndaşlarının Almaniyadan deportasiyası 1 milyon 800 min avroya başa gəlib.

Xərcin böyük hissəsi çarter reyslərinin təşkil edilməsi, polis və miqrasiya əməkdaşlarının prosesə cəlb edilməsi, eyni zamanda deportasiyadan qaçan şəxslərin saxlanılaraq, yataqxanalarda müvəqqəti saxlanılmalarına xərclənib.

Yanvar ayından indiyə kimi Almaniyadan Azərbaycan vətəndaşlarının 6 dəfə deportasiyası həyata keçirilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx