TÖVSİYƏ XƏBƏRLƏR

Almaniya XİN başçısı Azərbaycana və Ermənistana səfər edəcək

Almaniyanın xarici işlər naziri Annalena Barbok noyabrın 3-də Ermənistana səfər edəcək. Bu barədə 1 noyabr tarixində Report Almaniya Xarici İşlər Nazirliyinə istinadən bildirib.

Qeyd olunub ki, o, ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşəcək. Tərəflərin Cənubi Qafqazdakı durumu da müzakirə edəcəkləri gözlənilir.

O, bir gün sonra, noyabrın 4-də Azərbaycana gələcək. Səfər çərçivəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması müzakirə olunacaq.