Almaniyanın Köln şəhərində Azərbaycan diasporunun üzvləri aksiya keçirməyi planlaşdırırlar. Bu barədə 30 oktyabr tarixində AzFront xəbər yayıb.
Aksiyanın bu gün günorta saatlarında Fransa Konsulluğunun binası önündə baş tutacağı bildirilir. Həmyerlilərimiz bununla, Fransa Senatının qətnəməsinə qarşı yaradılan petisiyaya dəstəklərini nümayiş etdirəcəklər.
Qeyd edək ki, sözügedən petisiya oktyabrın 11-də Fransanın Mesopinions.com saytında yerləşdirilib və burada artıq 57 mindən çox imza toplanıb. Bizi bu yolda Türkiyə, İran və Qazaxıstanda da dəstəkləyiblər. Azərbaycan xalqı adından ünvanlanan bu çağırışa bir çox məşhur şəxslər də biganə qalmayıb.
Həmfikirlilərimiz tərəfindən oktyabrın 15-i Bakıda, 19-u Rusiyanın Moskva şəhərində, 26-ı Qazaxıstanın Astana şəhərində və 28-i Qırğızıstanın Bişkək şəhərində piket keçirilib.
Petisiyanın Azərbaycan dilində imzalanma qaydası
View this post on Instagram
Petisiyanın rus dilində imzalanma qaydası
View this post on Instagram
Petisiyanın türk dilində imzalanma qaydası
View this post on Instagram
Petisiyanın fars dilində imzalanma qaydası
View this post on Instagram
Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq