AMEA-da daxili imkanlar hesabına “Elektron Akademiya” şöbəsi yaradılıb

AMEA-da yeni şöbə yaradılıb

AMEA-da daxili imkanlar hesabına “Elektron Akademiya” şöbəsi yaradılıb. İnsanoid.com bu barədə 19 yanvar tarixində Report.az-a istinadən xəbər verib.

Bununla bağlı qərar Rəyasət Heyətinin iclasında qəbul edilib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, iclasda bir sıra şöbələrin adlarında dəyişiklik edilib, müasir tələblərə, yeni çağırışlara cavab verən addımlar atılıb.

Bildirilib ki, yeni şöbə sənədlərin elektron dövriyyəsi sisteminin yaradılması, informasiya texnologiyalarından istifadənin imkanlarının elmdə və idarəetmədə genişləndirilməsi, kibertəhlükəsizliyinin təmin edilməsi və s. ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edəcək.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx