TÖVSİYƏ XƏBƏRLƏR

Amerika Ticarət Palatası və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında görüş keçirilib

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında işgüzar görüş keçirilib. Bu barədə 11 dekabr tarixində Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində məlumat verilib.

Görüşdə AmCham tərəfindən 2021-ci ildə dərc olunan “Ağ sənəd”in təqdimatı keçirilib. Sözügedən sənəddə Azərbaycanın biznes və investisiya mühitinin təkmilləşdirilməsi baxımından tövsiyə və təkliflər qeyd edilib. AmCham-ın nümayəndələri “Ağ sənəd”də bank, maliyyə və sığorta, rəqəmsal texnologiya və innovasiyalar, tez tükənən istehlak malları, insan resursları və əmək bazarı, hüquq və komplayens, satınalmalar, dayanıqlı inkişaf, turizm, gömrük və vergi sahələrini əhatə edən tövsiyə və təkliflər barədə məlumat veriblər.

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev görüşdə çıxış edərkən müasir texnologiyaların tətbiqi, “yaşıl” iqtisadiyyat və işğaldan azad olunmuş ərazilərimizin iqtisadi dirçəlişinin təmin olunmasının iqtisadiyyatın davamlı inkişafı baxımından önəmini vurğulayıb, bu isiqamətdə həyata keçirilən layihələr, görülən işlər barədə danışıb.

Görüşün sonunda sənəddə əks olunan məsələlər barədə müzakirələr aparılıb və biznes dairələrini maraqlandıran suallar cavablandırılıb.