Amerikalı seysmoloqlar Azərbaycanda səfərdədirlər

ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol, universitetin tədqiqatçıları Utku Koçum və Oğuzxan Yalvac Azərbaycanda səfərdədirlər. Bu haqda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi 13 sentyabr tarixində məlumat yayıb.

Amerikalı seysmoloqların iştirakı ilə Ucar rayonunda bir, Ağcabədidə dörd, Füzulidə bir müvəqqəti seysmik stansiya quraşdırılacaq.

Səfər 2017-ci ildən başlanılan “Qafqaz kəsilişi” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin məqsədi Azərbaycanda seysmotomoqrafiya işlərinin aparılmasıdır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Amerikalı seysmoloqlar Azərbaycanda səfərdədirlər”

Tövsiyə xəbərlər