TÖVSİYƏ XƏBƏRLƏR

Əminə Ərdoğan Sərvər Bəşirli və ailəsini iftara dəvət edib

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Sərvər Bəşirlini, onun yaxın qohumu İmamverdi Bəşirlini və daha bir yaxın qohumunu Prezident sarayına iftar yeməyinə dəvət edib. Bu barədə İnsanoid bu gün, 19 aprel tarixində xəbər verir.

Mərasim Türkiyədə, prezident sarayında baş tutub. Mərasimdən fotoları Əminə Ərdoğan paylaşıb.

İftara Sərvər Bəşirlinin yaxın qohumları da dəvət alıblar.

İftar yeməyindən sonra isə xatirə fotoları çəkilib.

Xatırladaq ki, Türkiyədə 6 fevral tarixində baş vermiş dağıdıcı zəlzələdən dərhal sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla qardaş dövlətə köməyə tələsən Sərvər Bəşirlinin fotosu böyük rezonans doğurub, Türkiyə-Azərbaycan münasibətlərinin simvoluna çevrilib.

Əminə Ərdoğan Sərvər Bəşirli və ailəsini iftara dəvət edib
Foto Əminə Ərdoğanın rəsmi Twitter hesabı

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx