TÖVSİYƏ XƏBƏRLƏR

Ən pis 10 restoran: İnsanoid izləyicilərinin rəyi

Ölkə sakinlərini kafe və restoranlarda nələr qane etmir: xidmət, yeməklərin dadı, öncədən yazılmanın olub-olmaması, yoxsa xarici turist axını? İnsanoid bununla bağlı sosial şəbəkələrdə sorğu keçirib və 770 şərhə əsaslanaraq ən xoşagəlməz məkanları sizə təqdim edir. Siyahıda restoranlar “pis”dən “ən pis”ə doğru sıralanıb:

10. Şərhlər arasında Nargiz Mall-un ikinci mərtəbəsində yerləşən Happy Moon da yer alıb. İzləyicilər yeməklərin dadsız olduğunu yazıblar.

9. Zooparkın yanındakı Leman Kültür-ə gedənlər yeməklərə, servisə və hətta oradakı canlı musiqiyə görə bir daha bu məkana getməyəcəklərini söyləyiblər. Müştərilər keyfiyyətin qiymətə uyğun olmamasını vurğulayıblar.

8. Borani restoranına üz tutanlar yeməklərin dadsız, xidmətlərinin isə pis olduğunu vurğulayıblar.

7. Pak Dad restoranı barədə bir neçə neqativ şərh yazılıb. İstifadəçinin sözlərinə görə, “Park Bulvar”dakı filialda lahmacunun içindən həşərat tapılıb. Paytaxt salatının isə turşumuş halda müştəriyə verildiyi deyilib.

6. Özsüt-də personalın ləng fəaliyyəti qaneedici deyil. Həmçinin orada köhnə şirniyyatların təzə adı ilə satıldığı məlum olub.

5. Neqativ şərhlərin sayına görə beşinci yerdə Neşve restoranı qərarlaşıb. Müştərilər ofisiantların işindən narazı qaldıqlarını və bir daha həmin məkana üz tutmayacaqlarını bildiriblər.

4. İçərişəhərdə yerləşən Salam Baku-dakı xidmət də şikayətsiz ötüşməyib. Müştərilərin sözlərinə görə, onlar yeməkdə tük aşkarlayıblar. Gətirilən kabablar isə çiy olub.

3. Canlı musiqisi ilə məşhur olan Ajda haqda yazılan şərh digərlərindən fərqlənir. Belə ki, oraya istirahətə gələn müştərinin sifariş etdiyi yeməkdən qurd çıxıb. Bununla yanaşı, restoranın sanitar qovşağının vəziyyətinin də pis olması qeyd edilib.

2. Dərya Balıq Evi haqqında yazılan şərhlərə əsasən, məkanda rezervasiya yoxdur və servis sıfır səviyyəsindədir. Müştərilər, həmçinin yeməklərin dadından şikayətlənirlər.

1. Ən çox neqativ şərh toplayan Bakı və Gəncədə fəaliyyət göstərən Kolorit restoranı siyahıya başçılıq edir. İzləyicilər yeməklərin dadından, servisdən və əcnəbi turistlərin (ərəblərin) axınından narazıdırlar.

36 COMMENTS

guest
36 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Anonim
Anonim
23 İyun 2022, 17:27

Koloritdə olmuşam, servis nomal olsa da yeməkləri pisdi((

Anonim
Anonim
26 İyun 2022, 17:56

Koloritdə separatçı saatından corab iyi gəlirdi hec əl vurmadan geri qaytardım amma hesabını aldılar

Anonim
Anonim
26 İyun 2022, 17:57

Ləmandada bir armudu stəkanda Cay 3 manatdı baş kəsirlər…..

Anonim
Anonim
26 İyun 2022, 17:58

Özsütdədə giymətlər baha servis sıfır

Anonim
Anonim
6 İyul 2022, 11:35

Bas stone əvvəl yaxşı idi indi bərbad

Anonim
Anonim
6 İyul 2022, 22:49

Torgovidaki Shaurma kafesindede xereb seledka pod shuboy salatini bize getirmishdiler

Son redaktə$ s ilə$ s
Anonim
Anonim
6 İyul 2022, 22:59

Borani ucuzcuların doluştuğu məkan

Anonim
Anonim
7 İyul 2022, 17:14

Dərya balig evi ilə yazilan yazı ilə tam raziyam.

Anonim
Anonim
9 İyul 2022, 15:42

Neşve berbad. Ramazanda İftara getmişdik. 1 saat evvelden sifarişleri verdiyimiz halda bizi 40 deqiqe gözletdirdiler. Allahın 1 bardaq suyunu getizdire bilmirdik. Yemeyimden tük çıxdı. Tesevvür edirsiz, oruc açmağa gelmisen, iftardan 40 deq keçib yemek getirirler ve yemekten tük çıxır. Ofisiantı çağırıb göstermişem, aparıb tükü çıxardıb tezeden qabı geri getirdi)))) trajikomik. Deyirem men o tükü özüm çıxarda bilmezdim sizce? Deyir sizin evde yemekden heç vaxt guya tük çıxmayıb, xanım? Bilmedim ağlayım ya gülüm. Tabağı geri qaytardım, yenisini hemen getirdiler. Çox teeccüblendim. Sonra diqqetli qabımı araşdırdıqdan sonra anladım ki, başqa müşterinin geri qaytardığı qabdır, sadece qarniri deyişdirilib( içinde düyü qırıntıları var idi, men ise karton sifariş etmişdim). Administrator qetiyyen tenqid eşitmek istemir. Kobud şekilde susturur. Arsız arsız da servis haqqı tutarlar. Haqqımı esla halal etmirem, o günün stresi bir ömür bes eledi.

Anonim
Anonim
11 İyul 2022, 13:40

25 iyun nar sherab restoraninda rezerv etdim,gedende 3 nefer idik, bize 10 neferlik stolu gosterib orda eylewmeyi teklif etdiler,razi olmadiq sonra dediler gozleyin yarim saata 4 neferlik stol bowwlir, orda eylewersiz,gozledin bowaldi,ustunden ne qeder kecenden sonra stolu temizledirler,eylewdik ofisiantlar bir-birinin ustune atirdilar ki,sifarishi sen gotur , yarim saatda orda gozledik ve cixdiq getdik.Bayram gunleri 6 bazar getmeyin Nar sheraba bele xidmetle qarwilawacaqsiz!!!

Anonim
Anonim
12 İyul 2022, 11:57

Restoran_by_shirulla restoranina getmisdim yaxinlarda terasda oturdum servis demek olarki yox idi. Ayran istedim su qatiqdan ayrilmisdi. Yemeklerin prosiyasi cox kicik, pilus dadi da yox idi. Hersey berbadiydi yeni. Bir daha gederemmi hecvaxt.

Anonim
Anonim
12 İyul 2022, 12:47

Pis restoranın çarəsi var: ora getmə daha. Amma savadsızlıq faciədir. Rəylər bərbad vəziyyətdədir. Mədənizin qida təminatı ilə yanaşı savadınıza da diqqət yetirin.

Anonim
Anonim
12 İyul 2022, 19:03

Genclik malldaki Oz Sud restoraninda kone ve qixmus steyk getirdiler, ustune cixlu baharat vyrmusdular ki basa dusulnesun. Amma iylenmis eti hiss etmemek mumkun deyildi. Deyisdiler, amma getirdikleri de cox dadsizdi. Bir sezle etden uyrendirdiler. 🙄

Anonim
Anonim
13 İyul 2022, 8:05

Yasamaldaki kolorit ela yerdi.hem isciler hem yemekler..tarqovidaki kolorit ise iyrenclikde son leveldedir
Ada restoran -qiymetine gore servis zeif ,yemekler dadsiz,porsialar kicik
Ozsut -ne yazilibsa hele az yazilib..dehset bir mekana cevrilib
28mall-daki cafecity – bu derece dadsiz yemek coxdandir yemirdim..
Prive- sadece et yemekleri cox dadlidir.buyun mezeler sifir..qulluq da zeif..qiymetler ise goylerde
Rodizio ELA ELA ELA
cofemania – sendvic club-dan basqa hec ne yemek meslehet deyil
Borani-bu derece berbad yer yoxdur.her cehetden
Pak dad-ele bil ki orda yemeyi esir dusmusler bisirir ..hem goruntu hem de dad iyrencdir
Xacapuri home-nerimanov ora ancaq sekil cekdirmek ucun gelirlee yeqin…qiymetlerine gore yemekler dehset pissss
Xacapuri home dadli olsa da cox bahadir
Biz-bize aile ile gedilecek gozel mekandir.yemekleri de dadli
145 cay evi -iceri seherde inanilmaz gozel atmosfer leziz yememkler.ela qulluq
Central baku cox ses kuylu ve cox BAHAAAA

Anonim
Anonim
15 İyul 2022, 1:20

Əsas odur ki, bütün bu restoranlar üstü bəzək, içi də dediyiniz kimidir. Lakin, bir əsas da var ki, selfidən çəkdirin paylaşın getsin. Yeməyi evdə də yeyərsiz. Bu məmləkət düzələn deyil…

Anonim
Anonim
15 İyul 2022, 1:35

Derya fish dogurdan berbad

Nur
Nur
19 İyul 2022, 20:17

kolorit qiymətlər çox uçurtmadi!

Anonim
Anonim
20 İyul 2022, 22:20

Bu şərhlər harda yazılıb? necə baza bilərik ?

Cavabla  Anonim
22 İyul 2022, 9:12

Sorğunu sosial şəbəkələrimizdə keçirmişik: Facebook, InstagramTelegram

Anonim
Anonim
21 İyul 2022, 9:10

Hsmisi ile raziyam. Xususile de deryada yemeklerin keyfiyyetleri, dadi berbad.

Anonim
Anonim
21 İyul 2022, 14:45

Menzere restorani
yemekler 0

Anonim
Anonim
22 İyul 2022, 16:45

Boranı Xırdalan filialı çox gözəl qulluq və yeməklərində möhtəşəmdir. Şəhərdəki yaxşı deyil ancaq Xırdalanda superdir

Anonim
Anonim
24 İyul 2022, 18:37

Ozsutde nece defe oturmusam. Hamisinda razi qalmisam. Ne yemek sifaris etsem xox lezzetli. Kunefe cox dadli olur basqa sirniyyatlarin dadina baxmamisam.

Anonim
Anonim
25 İyul 2022, 23:31

Hec bir restorana getmirem, temiz yemek yeyirem evimde, axmaq yerine qıymullar meni😂

Anonim
Anonim
26 İyul 2022, 19:44

Shurulla Statistika təriflənilən kimi deyil.

Anonim
Anonim
28 İyul 2022, 21:30

Coffeelea xetai ve coffeemania denizmall da yemeyimden tuk cixib.cafesityde teramissuda kremden basqa hecne yox idi

Anonim
Anonim
29 İyul 2022, 12:36

Newve super resdarandi men co razi qaldim dayim gemeli yerdi mende bele edirem qiymetdende herdefesinde razi qaliram seliqeli yerdi🌹

Anonim
Anonim
29 İyul 2022, 21:41

Bunlara elave Barista wef restoranida antisannitar bir yerdi

Anonim
Anonim
30 İyul 2022, 15:50

Qədim qəbələ qiymətdə aldadılar stola gəlməyən qidanı hesabda qeyd edilər xətai filyalında

Anonim
Anonim
30 İyul 2022, 21:04

tarqovıdakı koloritin her şeyi biyabırçı vezyetdedir

Anonim
Anonim
30 İyul 2022, 21:48

Düzdür

Anonim
Anonim
3 Avqust 2022, 9:56

Çox şübhəli təhlildir. Tez-tez “Kolorit”ə və “Boranı”ya gedirəm və həmişə yemək və servisdən razı qalıram. Google Maps-dəki Review-ları nərəzə almısınız? 2-3 nəfərin rəyinə görə ümumi fikir söyləmək düzgün deyil. Şəxsi müşahidələrimdən söyləyə bilərəm ki, əfsuslar olsun ki, bəzi müştərilər kafe və restoranlarda özünü mədəni apara bilmir, kobudluq edir, xidmət sahəsində işləyənlərə yuxarıdan baxırlar. Bu cür “insana” ofisiantlar lazımi xidmət etmək istəmir. Bir də ki, ərəblərə qarşı bu cür rasist fikirlər yol verilməzdir. Ərəblər Azərbaycan millətini müsəlman edib.

Cavabla  Anonim
5 Avqust 2022, 16:07

Siyahını sorğuda iştirak edən 770 nəfərin şərhinə əsaslanaraq hazırlamışıq və başlıqda da qeyd etmişik ki, məqalə sırf izləyici rəyindən ibarətdir.

Anonim
Anonim
8 Avqust 2022, 15:47

28 Mall-da Pak daddan aldığım salatın içindən qurt çıxmışdı. Burada həşərat sözünü gördüm o yadıma düşdü.

Anonim
Anonim
11 Avqust 2022, 0:05

Derya fish house biz de getdik cetinlikle yer tapdiq bu defe de ofisant gelmedi, cixdiq, cox getdiyim yemeklerden ve xidmetden razi qaldigim yer icherisheherde La quzu.

Anonim
Anonim
15 Avqust 2022, 1:39

Chayki restorani -xidmet sifir,personal cooox kobud,yemekleri orta o qiymete deymir.

36
0
Rəy bildirinx