Bakı-Qazax avtomobil yolunda baş verən qəzada ana və oğlu xəsarət alıblar. Bu barədə Report 26 may tarixində xəbər verib.
Yolun Kürdəmir rayonunun Şilyan kəndi ərazisindən keçən hissəsində “Mercedes” və “Mercedes Vito” markalı avtomobillər toqquşub.
Nəticədə Kürdəmir rayon Qarasu kənd sakinləri – 32 yaşlı Fərman Ömərov və anası, 68 yaşlı Kafiyə Ömərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Fakt araşdırılır.