Mayın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Xocalı, Kəlbəcər, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 231, tank əleyhinə 359 mina və 1 520 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Bu barədə 2 iyun tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi məlumat verib.
Bildirilib ki, 3 551, 86 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.