TÖVSİYƏ XƏBƏRLƏR

ANAMA: Azad edilmiş ərazilərdə daha 144 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 144 mina aşkarlanıb. Bu barədə 17 oktyabr tarixində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verib.

Oktyabrın 10-dan 15-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 33, tank əleyhinə 111 mina və 271 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 435 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx