TÖVSİYƏ XƏBƏRLƏR

ANAMA: azad edilmiş ərazilərdə ötən həftə 141 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə ötən həftə 141 mina aşkarlanıb. Bu barədə 13 noyabr tarixində Azərbaycan Minatəmizləmə Agentliyi məlumat verib.

Bildirilib ki, azad olunan ərazilərdə noyabrın 6-dan 12-dək olan müddətdə 129 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 317 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 527,6 hektar ərazi minadan təmizlənib.