Azad edilmiş ərazilərdə daha 348 mina aşkarlanıb. Bu barədə 28 avqust tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Avqustun 21-dən avqustun 27-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 256, tank əleyhinə 92 mina və 71 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
528,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.