Ağdamın elektrik xəttinin keçdiyi ərazilər və Qubadlı rayonunun əkin sahəsi tam olaraq minalardan təmizlənib. Bu barədə oktyabrın 30-da ANAMA məlumat yayıb.
Cari ilin oktyabr ayı ərzində 381 hektar ərazi minalardan və hərbi sursatlardan təmizlənib. Ərazilərin təmizlənməsi işinə 33 nəfər FHN minaaxtaranı cəlb edilib.
2020-ci il 10 noyabr tarixindən bugünədək 5 917 hektar ərazi təmizlənib, 27 minə yaxın mina və hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.