Ermənistanın Ağdam, Füzuli və Zəngilan rayonları üzrə mina xəritələrinin dəqiqliyi 25% təşkil edir. Bunu dekabrın 8-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.
Məlum olduğu kimi, qarşı tərəf işğaldan azad olunan digər müəyyən ərazilərinin mina sahələrinin formulyarlarını Azərbaycan tərəfinə təqdim edib. Qurumun rəsmisinin sözlərinə görə, formulyarlarla ilkin tanışlıq onların etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratını yaradır.
“Ermənistan bütün mina səhələrini əhatə edən xəritələrinin verildiyi iddiası ilə çıxış edir. Ancaq təqdim edilən formulyarların işğaldan azad edilən bütün ərazilərini tam əhatə etməsi ilə bağlı da ciddi narahatlığımız var”,- deyə ANAMA-nın sədri əlavə edib.
Xəritələrin hərtərəfli şəkildə təhlil olunduqdan sonra onların dəqiqliyi haqqında məlumat ictimaiyyətə veriləcək.