TÖVSİYƏ XƏBƏRLƏR

ANAMA mükafata layiq görülüb

Minatəmizləmə Agentliyi (ANAMA) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin BMT-nin Məskunlaşma Proqramı ilə birlikdə Bakıda keçirdiyi Ümumdünya Məskunlaşma Günü ilə bağlı forumda mükafatlandırılıb. Bu barədə Report 2 oktyabr tarixində xəbər verib.

“Xüsusi tanınma mükafatı” agentliyin İdarə Heyətinin sədr müavini Samir Poladova təqdim edilib.

Son 25 ildə ANAMA Azərbaycan ərazisində minaların təmizlənməsində ciddi işlər görüb.