TÖVSİYƏ XƏBƏRLƏR

ANAMA: ötən həftə azad edilmiş ərazilərdə daha 94 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 94 mina aşkarlanıb. Bu barədə 4 sentyabr tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Avqustun 28-dən sentyabrın 3-dək Tərtər, Xocavənd, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 68, tank əleyhinə 26 mina və 160 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

1069,2 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx