TÖVSİYƏ XƏBƏRLƏR

ANAMA rəhbəri azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayını açıqlayıb

“Vətən müharibəsindən sonra 87 mindən çox mina və partlamamış hərbi sursat zərərsizləşdirilib”. Bunu Azərbaycanın Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Bu barədə 9 may tarixində Report məlumat verib.

“2020-ci ildə müharibədən sonra işğaldan azad edilən ərazilərdə minatəmizləmə işləri davam etdirilir. İndiyədək 80 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Onu da qeyd edim ki, azad edilən ərazilərdə mina və partlamamış hərbi sursatlar ən çox Ağdam və Füzuli rayonları ərazisində aşkar edilib”, – o vurğulayıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx