TÖVSİYƏ XƏBƏRLƏR

Anar İbrahimov Naxçıvan MR Ali Məclis sədrinin müavini seçilib

Naxçıvanın Ali Məclis sədrinə yeni müavin seçilib. Bu barədə Report 16 may tarixində xəbər verib.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov bundan sonra sədr müavini vəzifəsini icra edəcək.

O, həmçinin  Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

2020-ci ilin fevral ayının 29-da Anar İbrahimov Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri seçilib.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx