Bakıda anbardan oğurluq edənlər polis tərəfindən saxlanılıblar. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 15 fevral tarixində xəbər verir.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinin anbarından 32.800 manat dəyərində əlvan metalları oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini Arzuman Əhmədov, Şəki rayon sakini Hilal Əhmədov, Bakı şəhər sakinləri Elvin Əsgərov və Rövşən İbrahimov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.