TÖVSİYƏ XƏBƏRLƏR

Ankarada küçələrdən biri “Qarabağ Şəhidləri Bulvarı” adlandırılıb

Türkiyənin paytaxtı Ankaranın küçələrindən birinə “Qarabağ Şəhidləri Bulvarı” adı verilib. Bu barədə 8 noyabr tarixində Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.

Bu addım Azərbaycanın Zəfər Gününün üçüncü ildönümü ərəfəsində atılıb.

Paytaxtın Etimesgut rayonunun Şəkər məhəlləsinin və Şəhid Osman Avcı məhəlləsinin sərhədlərində yerləşən “1419-cu küçə”nin adı dəyişdirilərək, “Qarabağ Şəhidləri Bulvarı” adlandırılıb.