TÖVSİYƏ XƏBƏRLƏR

“ANS” qayıda bilər?

7 il sonra Vahid Mustafayev ANSPRESS-i yenidən açdı. Bu barədə İnsanoid bu gün, 17 fevral tarixində xəbər verir.

Əvvəlki domenlə fəaliyyətə başlayan saytda artıq xəbərlər yenilənir.

Saytın “haqqımızda” bölməsində “anspress.com” saytının ötən gündən etibarən fəaliyyətini davam etdirməyə başladığı qeyd olunur.

Şirkətdən yaxın saatlarda bununla bağlı açıqlama veriləcəyi bildirilib.

Vahid Mustafayevin rəhbəri olduğu ANS Şirkətlər Qrupuna daxil olan ANSPRESS saytı ANS TV bağlanandan bir müddət sonra fəaliyyətini dayandırmışdı.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx