Qısa zaman içində çoxlarının diqqətini cəlb edən “Əqrəb mövsümü” teleserialı sona yetdi. İnsanoid komandası olaraq ölkədə rezonansa səbəb olmuş, çoxlarının bəyənişini qazanmış belə bir layihəyə diqqətsiz qala bilməzdik.
Ötən gün serialın sonuncu bölümü İctimai Televiziyada yayımlandı.
Serial yazıçı Ceyhun Hidayətlinin ”Əqrəb” romanının motivləri əsasında Azər Aydəmir tərəfindən ssenariləşdirilib. Müəllif Ceyhun Hidayətlinin sözlərinə görə, “Əqrəb mövsümü” əvvəlcə serial yox, film kimi çəkilməli idi”
Layihənin baş prodüseri Yalçın Verdiyev bildirib ki, serialın ümumi büdcəsi 249 min 643.60 manatdır. Bu rəqəmə həm aktyorların qonorarı, həm rekvizitlərin alınması – bir sözlə, bütün xərclər daxildir.
Heç bir sponsor olmadığından qeyd olunan maliyyə vəsaiti İTV-nin büdcəsindən ayrılıb.
Tezliklə “CinemaPlus” kinoteatrlar şəbəkəsində Emil Quliyevlə birlikdə hazırlanmış yeni filmin möhtəşəm premyerası baş tutacaq.