TÖVSİYƏ XƏBƏRLƏR

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Cəlilabadda vətəndaş qəbulu keçirəcək

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Cəlilabadda vətəndaşları qəbul edəcək. Bu barədə İnsanoid bu gün, 31 avqust tarixində agentliyə istinadən xəbər verir.

Qəbul sentyabrın 5-də saat 10:00-da Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında keçiriləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Bunu qurumun “Çağrı Mərkəzi” (1652) və DAİM-lə (050-408-52-62) əlaqə saxlayaraq etmək mümkündür.

Qəbula gələnlər şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx