TÖVSİYƏ XƏBƏRLƏR

AQTA: İsmayıllıda can verən atları kəsən şəxs ifşa edilib

İsmayıllıda aqoniya (canvermə) halında olan iki at kəsilib. Həmin heyvanların ətinin satışa çıxarılmasının qarşısı alınıb. Bu barədə 14 oktyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.

Belə ki, İsmayıllı rayonunun Yuxarıbaş kəndində vətəndaş Ziliyev Vüqar Təşkilat oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində ümumi çəkisi 210 kiloqram iki baş at cəmdəyi qalıqları aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx