Saxta bal məhsulunun istehsalı dayandırılıb. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Yoxlama zamanı müəssisədə istehlak müddəti bitmiş, üzərində qablaşdırma barədə məlumatlar olmayan, eləcə də qablaşdırılması Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Sabir küçəsindəki müvafiq ünvanda həyata keçirildiyi halda, markalanmasında qablaşdırılma yeri kimi Daşkəsən rayonu, Bayan kəndi qeyd edilən 1 118,7 kiloqram bal məhsulu aşkarlanıb.
Həmçinin müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı müəyyən edilib. Məhsulun normativ texniki sənədlərin tələblərinə uyğun olmadığı aşkarlanıb. Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq, inzibati xəta haqqında protokol tərtib edilib. Müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.