TÖVSİYƏ XƏBƏRLƏR

Ər keçmiş arvadını gözəllik salonunda qətlə yetirib

Paytaxtda ər keçmiş həyat yoldaşını qətlə yetirib. Bu barədə İnsanoid Xətai Rayon Prokurorluğuna istinadən bu gün, 27 oktyabr tarixində məlumat verir.

Araşdırmalarla 41 yaşlı Zamin Tanrıverdiyevin Xətai rayonu ərazisində yerləşən gözəllik salonlarının birində aralarında yaranmış mübahisə zamanı 36 yaşlı Pərvanə Tanrıverdiyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Zamin Tanrıverdiyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.