Ukrayna Qarabağdakı erməni separatçılarının sabiq “prezident”i Araik Arutyunyanın adını Rusiyanın təcavüzünə yardım edənlərin siyahısına salıb. Bu barədə AzFront 14 sentyabr tarixində xəbər verir.
Onun adı “Mirotvorets” resursuna daxil edilib.
Araik Arutyunyan Rusiya tərəfindən Ukraynanın bəzi regionlarının ilhaq olunmasını alqışladığı üçün bu gün həmin siyahıya salınıb.