TÖVSİYƏ XƏBƏRLƏR

“Araz-Naxçıvan”a yeni baş məşqçi gəlib

“Araz-Naxçıvan”da baş məşqçi vəzifəsinə yeni təyinat reallaşıb. Bu barədə Report 5 iyun tarixində xəbər verib.

Mayın 31-də müqaviləsi başa çatan Joze Alesio Da Silva və onun köməkçisi Cordan Silva ilə müqavilə yenilənməyib. Baş məşqçi postuna Vitali Borisov təyin olunub.

Ona serb mütəxəssislər – Predraq Raiç və qapıçı-məşqçi Zoran Rakiçeviç kömək edəcəklər. P.Raiç bir müddət EKOL komandasında çıxış edib və baş məşqçi kimi fəaliyyət göstərib. Hər 3 məşqçi ilə anlaşma 1 il müddətinədir.

17 qat Azərbaycan çempionu “Araz-Naxçıvan” yeni mövsümdə növbəti dəfə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx