TÖVSİYƏ XƏBƏRLƏR

“Araz Supermarket”in 4 milyon manata yaxın vergi borcu yaranıb

“Araz Supermarket” MMC-nin dövlət qarşısında böyük həcmdə vergi borcunun yarandığı məlum olub. Bu barədə İnsanoid İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən bu gün, 30 oktyabr tarixində xəbər verir.

Bu il oktyabrın 29-na supermaketlər şəbəkəsinin vergi borcu 3 milyon 761 min 722.12 manata çatıb.

2011-ci ildə dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 7 milyon 55 min manat və qanuni təmsilçisi isə Rəşad Arif oğlu İbrahimovdur.