Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan Ankarada Anıtqəbiri ziyarət edib. Bu barədə APA 3 iyun tarixində xəbər verib.
O, seçkilərin nəticəsinin millətə xeyirli olmasını diləyib.
“Hesab edirik ki, Prezident Hökumət Sisteminin etimad səsi aldığı bu seçkilər millətimiz üçün yeni bir dövrün qapılarını açdı. Qarşıdakı 5 il ərzində “Türkiyə Əsri” ilə bağlı vizyonumuzu reallaşdırmaq üçün çox çalışmaqda davam edəcəyik”, – deyə Ərdoğan vurğulayıb.