TÖVSİYƏ XƏBƏRLƏR

Ərdoğan Ermənistanı üçtərəfli bəyanatın şərtlərinə əməl etməyə çağırıb

Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən ərazidir və Azərbaycan öz ərazisində qeyri-qanuni silahlı birləşmələrin yerləşməsini istəmir. Bunu avqustun 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən sonra jurnalistlərə müsahibəsində bildirib.

“Azərbaycanlı qardaşlarımızdan birinin şəhid olmasına səbəb olan hücumu pisləyirik. Ermənistanın üçtərəfli Bəyannamənin öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir”, – deyə dövlət başçısı vurğulayıb.

Həmçinin Türkiyə lideri Azərbaycanın Londondakı səfirliyinə hücumu qəbuledilməz hesab etdiyini qeyd edib: “Ümid edirik ki, bu hadisə ətraflı araşdırılacaq və günahkarlar lazımi cəzanı alacaqlar”.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx